Xəzər Xəbər

Transfer şayiələri: Vlahoviçin elçiləri çoxalır

İdman | 17:28 • 21 Noyabr 2021
Transfer şayiələri: Vlahoviçin elçiləri çoxalır

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

"Fooball Insider" portalı: "Tottenhem" "Yuventus"un müdafiəçisi Matyis de Liqti transfer etməyi planlaşdırır. "Spurs"un yeni baş məşqçisi Antonio Konte müdafiəsini gücləndirməyə çalışır, futbol direktoru Fabio Paratiçi isə keçmiş klubu ilə razılığa gələcəyinə əmindir.

"Daily mail" nəşri: "Nyukasl" yanvar ayı üçün əsas hədəf kimi "Tottenhem"in yarımmüdafiəçisi Harri Uinksi təyin edib. Ueston MakKenni də onların qısa siyahısındadır.
"Nyukasl" hazırda 12 turda 0 qələbə ilə sonuncu yerdədir.

"Corriere dello Sport" nəşri: Tomas Strakoşa klubda 10 il çalışdıqdan sonra "Latsio"dan ayrılmağa hazırdır. Qapıçının müqaviləsi mövsümün sonunda başa çatır.
Strakoşa İngiltərə Premyer Liqadasından olan kluba keçmək istəyir - "Nyukasl" əsas namizəddir.

"El Nacional" nəşri: PSJ Duşan Vlahoviç üçün "Fiorentina"ya təklif hazırlayır.
Fransız klubu Dortmund "Borussiya"sının ulduzu Erlinq Holandın transferindən imtina etmək qərarına gəlib və diqqətini "Yuventus"un da maraq dairəsində olan Vlahoviçə yönəldib. Hazırda futbolçunu öz heyətindəgörmək istəyənlər siyahısında "Bayern Münhen", "Borussiya Dortmund", "Arsenal","Mançester Siti", "Nyukasl", "Real Madrid", "Atletiko Madrid" klubları var.

"Calciomercato" nəşri: Leandro Paredes oyun vaxtı az olduğu üçün yanvarda PSJ-ni tərk edə bilər. “Roma” və “Yuventus” iddialılar arasındadır. “Roma” argentinalı ifutbolçunu carəyə götürməyə hazırdır.

"Todofichajes" nəşri: Cessi Linqard "Barselona"ya keçmək arzusundadır.
"Mançester Yunayted" təxminən 10 milyon avro istəyir./fanat.az

Xəbər lenti