Xəzər Xəbər

“Arsenal” Qaret Beyllə danışıqlar aparır

İdman | 17:43 • 18 Oktyabr 2021
“Arsenal” Qaret Beyllə danışıqlar aparır

Madrid “Real”ının forvardı Qaret Beyl İngiltərə Premyer Liqasına qayıda bilər.

Mənbənin iddiasına görə, 32 yaşlı hücumçu Londonun “Arsenal” klubu ilə danışıqlar aparır.

Artıq İngiltərə klubu qış transfer pəncərəsində futbolçuya rəsmi təklif göndərəcək.  

Cari mövsümdə uelsli futbolçu “Real”ın heyətində üç oyun keçirib və bir qol vurub.

Transfermarkt.ru portalı futbolçuya 10 milyon avro dəyərində qiymət təyin edib.

Mənbə: “Defensa Central”

Xəbər lenti