Xəzər Xəbər

Tokio-2020: Rusiyalı idmançı stadionu əlil arabasında tərk etdi

İdman | 10:18 • 1 Avqust 2021
Tokio-2020: Rusiyalı idmançı stadionu əlil arabasında tərk etdi

Rusiyalı atlet Darya Klişina Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşib.

XəzərXəbər xəbər verir ki, uzununa tullanma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində zədələnib.

İlk iki cəhdi uğursuz alınan Klişina ayağındakı zədə səbəbindən üçüncü cəhddən imtina edib. Atlet stadionu əlil arabasında tərk etməli olub.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq. /Report

Xəbər lenti