Xəzər Xəbər

İstanbul nəhəngi dünya ulduzunu transfer edir - SON DURUM

İdman | 10:33 • 1 Avqust 2021
İstanbul nəhəngi dünya ulduzunu transfer edir - SON DURUM

Dieqo Kostanın "Beşiktaş"a keçəcəyi ilə bağlı informasiyalar səngimir.

Tanınmış italiyalı insayder Nikolo Skira "Twitter" hesabında "qartallar"ın sözügedən oyunçuya mövsümlük 3 milyon avro əməkhaqqı və 2 illik anlaşma təklif eməyə hazır olduğunu yazıb.

Mənbə İstanbul nəhənginin Kostaya 2 milyon avro əlavə bonus ödəyəcəyini də vurğulayıb.

Skiraya inansaq, məsələ həllini gələn həftə tapmalıdır.

Qeyd edək ki, İspaniya millisinin sabiq braziliyalı hücumçusunun son iş yeri Madrid "Atletiko"su olub. O, bu ilin yanvarında "hindular"ın sıralarını tərk edib./Fanat.Az

Xəbər lenti