Xəzər Xəbər

Türkmənistan tarixdə ilk dəfə olimpiya medalı qazandı

İdman | 17:28 • 27 İyul 2021
Türkmənistan tarixdə ilk dəfə olimpiya medalı qazandı

Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunları Türkmənistan üçün tarixi olub.

Buna səbəb ölkənin məhz bu il keçirilən olimpiya oyunlarında medal qazanması olub. Belə ki, bu, ölkə tarixinin ilk olimpiya medalıdır.

Medalı qadınlar üzrə 59 kilo çəki dərəcəsində ağırlıqqaldırma idman növündə ikinciliyə layiq görülən Polina Quriyeva qazanıb.

Xəbər lenti