Xəzər Xəbər

"Real" "Mançester"dən 68 milyon avro tələb etdi

İdman | 17:20 • 21 İyul 2021
"Real" "Mançester"dən 68 milyon avro tələb etdi

“Real”ın futbolçusu Vinisius Junior karyerasını İngiltərədə davam etdirə bilər.

Braziliyalı vingerlə “Mançester Yunayted” klubu maraqlanır.

Bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.

“Real” Vinisiusu 68 milyon avro qarşılığında satmağa razıdır. “Qırmızı şeytanlar” 21 yaşlı futbolçu üçün yaxın zamanda Madrid klubu ilə rəsmi əlaqələr quracaq.

Vinisiusun “Real”la müqaviləsi 2025-ci ilin yayına qədərdir./Publika.az

Xəbər lenti