Xəzər Xəbər

Türkiyə klubu Yarmolenko "bomba"sını partladır

İdman | 15:25 • 21 İyul 2021
Türkiyə klubu Yarmolenko "bomba"sını partladır

"Fənərbağça" Ukrayna yığmasının kapitanı Andrey Yarmolenkonu sıralarına qatmağa yaxındır.

XəzərXəbər offsideplus-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı forvard üçün "Vest Hem" klubu ilə rəsmi təmaslara başlayıb. Artıq razılığın əldə olunduğu bildirilir.

Məlumatlarda "Vest Hem"in sözügedən oyunçunun sərbəst qalma məbləğini 2 milyon avroya düşürdüyü də qeyd edilir.

Qeyd edək ki, Avro-2020-də parlaq oyunu ilə seçilən Yarmolenko 2018-ci ildən İngiltərə klubunun şərəfini qoruyur.

Xəbər lenti