Xəzər Xəbər

Türkiyə nəhəngi Diyeqo Kosta ilə anlaşdı

İdman | 15:24 • 18 İyun 2021
Türkiyə nəhəngi Diyeqo Kosta ilə anlaşdı
Tanınmış futbolçu Diyeqo Kosta karyerasını "Beşiktaş"da davam etdirəcək. 
 
Bu barədə AS məlumat yayıb. 
 
Xəbərə görə, artıq tərəflər arasında razılıq əldə olunub. 
 
Bu ilin yanvar ayından azad agent statusu daşıyan 32 yaşlı hücumçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir. 
 
Qeyd edək ki, Diyeqo Kostanın son klubu "Atletiko" (Madrid) olub. O, 2018-2020-ci illərdə İspaniya təmsilçisinin şərəfini qoruyub. /Fanat.Az

Xəbər lenti