Xəzər Xəbər

Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək

İdman | 15:35 • 13 İyun 2021
Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, qarşılaşmaların ikisi C, biri isə D qrupunda baş tutacaq.
Günün ilk matçı D qrupunda İngiltərə və Xorvatiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək. İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da, ikinci oyun isə Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da start götürəcək.

Xəbər lenti