Xəzər Xəbər

İngiltərə millisi “Avro-2020”yə qələbə ilə başlayıb

İdman | 19:12 • 13 İyun 2021
İngiltərə millisi “Avro-2020”yə qələbə ilə başlayıb

İyunun 13-də futbol üzrə İngiltərə millisi Avropa çempionatına qələbə ilə başlayıb.

Xezerxeber.az xəbər verir ki, "Avro-2020"nin D qrupu çərçivəsində İngiltərə millisi Xorvatiya yığması ilə qarşılaşıb.

Londondakı "Uembli" stadionunda təşkil olunan görüşün birinci hissəsində hesab açılmayıb. Oyunun 57-ci dəqiqəsində İngiltərə millisinin üzvü Rahim Sterlinq Kalvin Fillipsin ötürməsini baxımlı qolla tamamlayıb. Sonra komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və İngiltərə millisi 1:0 hesablı qələbə qazanıb.

D qrupunda növbəti oyun iyunun 14-də Bakı vaxtı ilə saat 17:00-da Şotlandiya və Çexiya milliləri arasında təşkil olunacaq.

Bu gün C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək. İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da, ikinci oyun isə Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00-da və 23:00-da start götürəcək.

Xəbər lenti