Xəzər Xəbər

"Mançester Yunayted" Sanço ilə razılaşdı

İdman | 15:08 • 10 İyun 2021
"Mançester Yunayted" Sanço ilə razılaşdı
"Mançester Yunayted" Dortmund "Borussiya"sının futbolçusu Ceydon Sançonu transfer etməyə hazırlaşır.
 
Bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb. Tərəflər artıq müqavilənin şərtləri barədə razılığa gəliblər. 21 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayınadək "qırmızı şeytanlar"da çıxış edəcək.
 
Daha əvvəl isə Almaniya klubunun Sanço üçün 95 milyon avro tələb etdiyi bildirilmişdi
 
Qeyd edək ki, C.Sanço başa çatan mövsüm Bundesliqada 26 matçda 8 qol vurub və 11 qolun ötürməsini verib./AzxeberSport

Xəbər lenti