Xəzər Xəbər

Konte niyə "Tottenhem"in baş məşqçisi olmadı? - Özü açıqladı

İdman | 15:02 • 10 İyun 2021
Konte niyə "Tottenhem"in baş məşqçisi olmadı? - Özü açıqladı
"İnter"in sabiq baş məşqçisi Antonio Konte "Tottenhem" klubunun təklifini qəbul etmədiyinin səbəbini açıqlayıb.
 
"Gazetta dello Sport"a danışan 51 yaşlı mütəxəssis bu sözləri deyib:
 
"Pul mənim vecimə deyil. Proyektlərə baxıram və məni lazımi qədər razı sala bilmirlərsə, evdə oturmağa hazıram. Çətinlikləri sevirəm, lakin klub məni inandıra bilməzsə, yalnız bir söz deyə bilərəm: Yox, çox sağolun".
 
Qeyd edək ki, London təmsilçisi bir neçə dəfə italiyalı baş məşqçi ilə əlaqəyə keçmiş, Konte isə "Tottenhem"in təkliflərini rədd etmişdi./AzxeberSport

Xəbər lenti