Xəzər Xəbər

Stiven Cerrard Şotlandiyada mövsümün ən yaxşı baş məşqçisi seçilib

İdman | 18:49 • 14 May 2021
Stiven Cerrard Şotlandiyada mövsümün ən yaxşı baş məşqçisi seçilib

Futbol üzrə Şotlandiya çempionatında mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb.

Xezerxeber.az klubun rəsmi saytına istinadla xəbər verir ki, "Reyncers"ə rəhbərlik edən Stiven Cerrard bu ada layiq görülüb.

Qeyd edək ki, komanda vaxtından əvvəl ölkə çempionluğunu təmin edib. 41 yaşlı mütəxəssis 2018-ci ildən Şotlandiya klubunda işləyir.

Xəbər lenti