Xəzər Xəbər

Ukraynanın “Şaxtyor” klubu baş məşqçisi ilə yollarını ayırıb

İdman | 12:50 • 13 May 2021
Ukraynanın “Şaxtyor” klubu baş məşqçisi ilə yollarını ayırıb

Ukraynanın “Şaxtyor” futbol klubu baş məşqçisi Luiş Kaştru ilə yollarını ayırıb.

Xezerxeber.az xəbər verir ki, 59 yaşlı mütəxəssis komandada çalışdığı müddətdə ölkə çempionluğu qazanıb və Avropa Liqasının yarımfinalına qədər irəliləyib. Onun rəhbərliyi ilə 84 matçda 51 qələbə qazanan “Şaxtyor” 16 heç-heçə edib və 17 dəfə uduzub. Cari mövsümdə isə komanda Premyer Liqada ikinci yeri tutub.

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin hazırda “Sassuolo”nu çalışdıran italiyalı Roberto De Dzerbini əvəzləyəcəyi gözlənilir.

Xəbər lenti