Xəzər Xəbər

Zlatan İbrahimoviç mövsümü erkən başa vurub

İdman | 15:07 • 13 May 2021
Zlatan İbrahimoviç mövsümü erkən başa vurub

"Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç mövsümü erkən başa vurub.

"Yuventus" ilə oyunda (3:0) sıradan çıxan 39 yaşlı hücumçu üçün mövsüm bitib. O, İtaliya A seriyasının son 3 turunda - "Kalyari", "Torino" və "Atalanta" ilə görüşlərdə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, İbrahimoviç bu mövsüm "Milan"la 19 oyuna çıxıb, 15 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər lenti