Xəzər Xəbər

"Real Madrid"in kapitanı növbəti dəfə zədələndi

İdman | 15:42 • 8 May 2021
"Real Madrid"in kapitanı növbəti dəfə zədələndi

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramos növbəti dəfə zədələnib.

Madrid təmsilçisinin rəsmi saytı xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin sol ayağındakı əzələsində problem aşkarlanıb.

Kapitanın yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, "Real Madrid" La Liqanın XXXV turunda "Sevilya"nı qəbul edəcək. Mayın 9-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti