Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan idmançıları növbəti çıxışlarını başa vurublar.
Zöhrə Ağamirova gürzlərlə çıxışında 23.00 xal toplayıb. Ağamirova bu hərəkətdə hazırda 10-cu sıradadır.
Digər bədii gimnast Arzu Cəlilova eyni alətlə 21,650 xal toplaya bilib. Cəlilova hazırda 17-ci pillədə qərarlaşıb.
Onlar müvafiq olaraq saat 14:57-də və saat 15:03-də yenidən lentlə hərəkətlərdə qüvvələrini sınayacaqlar.
Saat 18:00-dan isə qrup hərəkətləri proqramında 3 halqa və 2 cüt gürzlə təsnifat yarışı başlayacaq. Azərbaycanı Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadə təmsil edəcək.
Qeyd edək ki, Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edir. Azərbaycan yığması yarışın ilk günündə 5 topla hərəkətlərdə 43 xal toplayıb və finala vəsiqə qazanıb.
Həm fərdi, həm də komanda yarışlarında finallar mayın 9-da olacaq.