Xəzər Xəbər

"İnter" Martineslə müqaviləni yeniləyir

İdman | 15:11 • 6 May 2021
"İnter" Martineslə müqaviləni yeniləyir

Lautaro Martines yenidən "İnter"lə danışıqlara başlayıb.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Xəbərə görə, komanda hücumçusu Martines ilə müqaviləni uzatmağı planlaşdırır. Əslində onunla qışda sözləşmə yenilənsə də, Martines menecerini dəyişdirdiyi üçün sənədlər yenidən hazırlanmalı və yeni müqavilə bağlanmalıdır.

Qeyd edək ki, qışda imzalanan sözləşməyə görə 24 yaşlı futbolçu ilinə 4,5 milyon avro qazanacaq./Fanat.Az 

Xəbər lenti