Xəzər Xəbər

PSJ-nin prezidenti Neymara görə "Barselona"ya müraciət etdi

İdman | 14:31 • 6 May 2021
PSJ-nin prezidenti Neymara görə "Barselona"ya müraciət etdi

Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi klubun futbolçusu Neymara görə İspaniya "Barselona"sına müraciət edib.

"Mundo Deportivo" nəşri xəbər verir ki, funksioner Kataloniya təmsilçisindən 28 yaşlı hücumçunu narahat etməməsini xahiş edib.

Onun fikrincə, "Barselona"nın braziliyalı oyunçu ilə apardığı danışıqlar Paris klubunun "sambaçı" ilə müqaviləni uzatmaq istəyinə mane olur.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan keçib. Təcrübəli hücumçunun hazırkı klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq./report

Xəbər lenti