Xəzər Xəbər

Şahmatçımız Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirinin qalibi olub

İdman | 18:59 • 22 Aprel 2021
Şahmatçımız Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirinin qalibi olub

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirində uğurla çıxış edib.

Xezerxeber.az xəbər verir ki, gənc şahmatçımız 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi olub. İstedadlı şahmatçımız bu nəticə ilə həm də qrossmeyster balını toplayıb.

İsveçrə sistemi üzrə keçirilən yarışda 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı mübarizə aparıb.

Xəbər lenti