Xəzər Xəbər

"Qalatasaray" doğma meydanda xal itirib

İdman | 09:32 • 11 Aprel 2021
"Qalatasaray" doğma meydanda xal itirib

Aprelin 10-da futbol üzrə Türkiyə çempionatının 34-cü turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Fatih Karagümrük”ü qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 1:1. İstanbul təmsilçisinin qolunu Rayan Babel, qonaq komandanın qolunu isə Alassane Ndao vurub.

Günün digər qarşılaşmasında "Göztəpə" səfərdə "Hatayspor"u 3:2 hesabı ilə məğlub edib. "Rizəspor" - "Trabzonspor" matçında isə 1:1 hesablı bərabərlik olub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 67 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 63 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 62 xala malik olan “Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. 34-cü turda "Başakşəhər” istirahət edir.

Xəbər lenti