Xəzər Xəbər

Azərbaycan millisi Portuqaliyaya uduzub

İdman | 01:59 • 25 Mart 2021
Azərbaycan millisi Portuqaliyaya uduzub

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

Xezerxeber.az xəbər verir ki, martın 24-də millimiz İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya yığması ilə qarşılaşıb.

Millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Vüqar Mustafayev, Emin Mahmudov, Mahir Emreli və Əli Qurbani yer alıblar.

Portuqaliya seçməsinin ilk onbirliyində isə meydana Antoni Lopeş, Dominquş Duarte, Ruben Diaş, Nunu Mendeş, Kriştiano Ronaldo, Joau Moutinyu, Ruben Neveş, Pedru Netu, Andre Silva, Bernardu Silva və Juan Kanselu çıxıblar.

 Matçda hesab 36-cı dəqiqədə açılıb. Qapıçımızın uzaqlaşdırmaq istədiyi top kapitan Maksim Medvedevə dəyərək qapıya daxil olub. Komandaların cəhdlərinə baxmayaraq bu, oyunda vurulan yeganə top olub. Beləliklə, millimiz 0:1 hesabı ilə məğlub olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti