Xəzər Xəbər

Portuqaliya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

İdman | 22:47 • 24 Mart 2021
Portuqaliya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Bu gün futbol üzrə dünya çempionatının- seçmə mərhələsi çərçivəsində üz-üzə gələcək Portuqaliya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Vüqar Mustafayev, Emin Mahmudov, Mahir Emreli və Əli Qurbani yer alıblar.

Portuqaliya seçməsinin ilk on birliyində isə meydana Antoni Lopeş, Dominquş Duarte, Ruben Diaş, Nunu Mendeş, Kriştiano Ronaldo, Joau Moutinyu, Ruben Neveş, Pedru Netu, Andre Silva, Bernardu Silva və Juan Kanselu çıxacaqlar.

Qeyd edək ki, matç İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 23:45-də start götürəcək. Görüş "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.

Xəbər lenti