Xəzər Xəbər

"Real"dan Alabaya əla təklif

İdman | 17:32 • 22 Mart 2021
"Real"dan Alabaya əla təklif
Yayda "Bavariya"dan ayrılacağı dəqiqləşən David Alaba "Real"la müqavilə bağlayacağı halda, böyük məbləğdə gəlir əldə edəcək.
 
Oyunçunun özü, agenti Pini Zahavi və atası Corc Alaba 20 milyon avro bonus qazanacaq.
 
Bundan başqa, Madrid klubu futbolçuya ildə 10 milyon avro əməkhaqqı da verəcək.
 
Qeyd edək ki, Davidlə "Real"la yanaşı, daha bir İspaniya nəhəngi - "Barselona" da maraqlanır. Artıq Kataloniya təmsilçisinin nümayəndələri də 28 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb./fanat.az

Xəbər lenti