Xəzər Xəbər

Ronaldo "Yuventus" gedir?

"Yuventus" Ronaldonun komandadan gedəcəyi barədə xəbərlərə aydınlıq gətirdi
İdman | 11:00 • 14 Mart 2021
Ronaldo "Yuventus" gedir?

İtaliyanın "Yuventus" futbol komandasının baş məşqçisi Andrea Pirlo hücumçu Kriştianu Ronaldonun mümkün gedişi haqqında suala cavab verib.

Bu barədə “Marca” bildirib.

Baş məşqçi bu barədə məlumatların şayiə olduğunu qeyd edib.

"...Şayiələrə gəlincə, bu, normaldır. O, (Kriştuanu Ronaldo - red) Messi ilə yanaşı, dünyada ən əhəmiyyətli oyunçudur. O, Çempionlar Liqasında əla oynayırdı və öz cəsurluğunu göstərirdi”, - mütəxəssis deyib.

Qeyd edək ki, portuqaliyalı futbolçu cari mövsümdə 32 matç keçirib və 27 qol vurub.

Daha əvvəl bildirilirdi ki, "Yuventus" Ronaldonu 60 milyon avroya satmağa hazırdır. Məlumata görə, "Yuventus"un 36 yaşlı forvarda illik 31 milyon avro ödəyə bilməyib. Əsas namizəd isə Fransa PSJ-sidir.

Xəbər lenti