Xəzər Xəbər

Çempionlar Liqası: “Borusiya” dörddəbir finala vəsiqə qazanıb

İdman | 09:16 • 10 Mart 2021
Çempionlar Liqası: “Borusiya” dörddəbir finala vəsiqə qazanıb

Martın 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı müəyyənləşib.

Dortmunddakı “Siqnal İduna Park” stadionunda “Borusiya” ilə “Sevilya” klubları qarşılaşıb.

Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Dortmund təmsilçisinin heyətində hər iki qolu Erlinq Haaland ( 35 və 44-cü dəqiqələr) vurub. “Sevilya”dan isə En-Nesyri (69, 90) fərqlənib. Beləliklə, ilk görüşdə 3:2 hesabı ilə qalib gələn “Borussiya” iki oyunun nəticəsinə əsasən dörddəbir finala vəsiqə qazanıb.

Günün digər matçında “Yuventus” öz meydanında “Portu” ilə qarşılaşıb. Matçın əsas vaxtı 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Birinci oyunda da eyni nəticə qeydə alındığından matçda əlavə vaxt oynanılıb. Bu dəfə tərəflər hərəyə bir dəfə fərqləniblər – 3:2. Bu nəticə “Portu”nun mərhələ keçməsinə imkan verib.

Beləliklə, “Yuventus” gözlənilmədən mübarizəni səkkizdəbir finalda dayandırıb.

Xəbər lenti