Xəzər Xəbər

Zədələnən futbolçuya görə “Qalatasaray” böyük məbləğdə pul alacaq

Bu barədə “Qalatasaray” klubundan məlumat verilib.
İdman | 18:11 • 9 Mart 2021
Zədələnən futbolçuya görə “Qalatasaray” böyük məbləğdə pul alacaq

FIFA “Qalatasaray”ın futbolçusu Kristian Luyindamanın Konqo Demokratik Respublikası millisinin heyətində zədələndiyinə görə kluba böyük məbləğdə ödəniş edəcək.

Bu barədə “Qalatasaray” klubundan məlumat verilib.

“FIFA Luyindamanın zədələnməsinə görə klubumuza 736 193 avro ödəyəcək”, - deyə klubdan bildirilib.

Məbləğ FIFA-nın “Questgates” sığorta şirkəti tərəfindən təmin olunacaq.

Xatırladaq ki, futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində 18 noyabr 2019 Qambiya və Konqo Demokratik Respublikası arasında keçirilən qarşılaşma zamanı zədələnmişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar