Xəzər Xəbər

Səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub NƏTİCƏLƏR

İdman | 09:22 • 25 Fevral 2021
Səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqası səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Xezerxeber.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Gecənin maraq doğuran görüşü İtaliyada “Atalanta” və “Real Madrid” komandaları arasında oynanılıb. Gərgin keçən görüş “Real Madrid”in minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 86-ci dəqiqədə Ferlan Mendi olub.

Bu matça “Atalanta” 17-ci dəqiqədə azlıqda qalıb. Oyunun baş hakimi Remo Floyleri meydandan kənarlaşdırıb.

Günün digər matçı Almaniyanın “Borussiya Mönhenqladbax” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilib. Qarşılaşma pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılıb. Görüş Mançester təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Bernardo Silva və Qabriel Jesus fərqləniblər.

Bu komandalar arasında cavab matçları martın 17-də təşkil ediləcək.

Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” komandası “Yuventus”u 2:1, “Borussiya Dortmund” klubu “Sevilya”nı 3:2, “Çelsi” səfərdə “Atletiko Madrid”i 1:0, “Bavariya” isə səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub edib.

Xəbər lenti