Xəzər Xəbər

"Qalatasaray" misirli hücumçunu birdəfəlik transfer edir

"Qalatasaray" Mustafa Məhəmmədi cari mövümün sonunda birdəfəlik transfer edəcək.
İdman | 17:41 • 24 Fevral 2021
"Qalatasaray" misirli hücumçunu birdəfəlik transfer edir

Türkiyə "Qalatasaray"ı Misirin "Zamalek" komandasından icarəyə götürdüyü futbolçu Mustafa Məhəmmədi cari mövümün sonunda birdəfəlik transfer edəcək.

Bu barədə İstanbul klubunun vitse-prezidenti Abdurrahim Albayrak Misirin "filgoal.com" saytına açıqlamasında deyib.

O, misirli hücumçunun ümidləri doğrultduğunu bildirib.

Qeyd edək ki, "Qalatasaray" Mustafa Məhəmmədlə 2021/2022 mövsümünün sonunadək müqavilə bağlayıb. "Sarı-qırmızılılar" 24 yaşlı forvardın keçidi üçün qarşı tərəfə 4 milyon avro ödəməlidir.

Xəbər lenti