Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

“Real” Ramos və Vaskeslə danışıqları dayandırdı: Klub təklifləri yaxşılaşdıra bilmir

İdman | 186 | 19:21 • 27 Yanvar 2021
“Real” Ramos və Vaskeslə danışıqları dayandırdı:

Madrid "Real”ı müqavilə müddətinin uzadılması məsələsində müdafiəçi Serxio Ramos və yarımmüdafiəçi Lukas Vaskeslə razılığa gələ bilmir.


Bu barədə "Marca” məlumat yayıb.


Klub hər iki futbolçuya yeni müqavilə təklif etsə də, onlar sözügedən şərtlərlə razılaşmayıblar. Bundan sonra tərəflər arasında müqavilə ilə bağlı danışıqlar aparılmayıb.


Klub bu vəziyyətə optimist yanaşmır, belə ki, artıq yanvarın 1-dən etibarən futbolçular digər klublarla danışıqlar aparmaq hüququna malikdirlər.


"Kral klubu”nun hazırkı maliyyə vəziyyəti təklifləri yaxşılaşdırmağa imkan vermir. "Real” rəhbərliyi klubun büdcəsini balanslaşdırmaq və bununla da "Barselona”nın düşdüyü vəziyyətdən qaçmaq istəyirlər./oxu.az

Çox oxunanlar