Xəzər Xəbər

"İnter"in baş məşqçisi iki oyunluq cəza aldı

İdman | 19:33 • 26 Yanvar 2021
"İnter"in baş məşqçisi iki oyunluq cəza aldı

İtaliyanın "İnter" klubunun baş məşqçisi Antonio Konteyə iki oyunluq cəza verilib.


Buna 52 yaşlı mütəxəssisin A Seriyasının XIX turunda "Udineze" ilə qolsuz heç-heçə etdikləri matçda hakimlə mübahisəsi səbəb olub.


İtaliyalı baş məşqçi 90+1-ci dəqiqədə texniki zonadan uzaqlaşdırılıb, lakin buna baxmayaraq referi ilə mübahisəni davam etdirib. Konte həmçinin 20 min avro məbləğində cərimələnib.


Qeyd edək ki, "İnter" çempionatda 41 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər lenti