Bakı -1 ℃
Xəzər Xəbər
USD 1.7

Mesut Özil rəsmən "Fənərbağça"da

İdman | 270 | 20:15 • 24 Yanvar 2021
Mesut Özil rəsmən "Fənərbağça"da

Türkiyənin "Fənərbağça" klubu yeni transferi Mesut Özillə 3,5 illik müqavilə bağlayıb.


XəzərXəbər-in klubun rəsmi saytına istinadən məlumatına görə, türk əsilli hücumameylli yarımmüdafiəçi sözləşməyə imza atdıqdan sonra məşqə çıxıb.


33 yaşlı oyunçunun keçidi "sarı-lacivərdlilər"ə havayı başa gəlib. Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul təmsilçisi ilə rəsmən anlaşıb.


"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə o, vurğulayıb.

Çox oxunanlar