Bakı 12 ℃
Xəzər Xəbər
USD 1.7

"Çelsi" Lempardı istefaya göndərdi

İdman | 229 | 16:04 • 25 Yanvar 2021
"Çelsi" Lempardı istefaya göndərdi

İngiltərənin "Çelsi" klubu baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.


London təmsilçisinin rəsmi saytı xəbər verir ki, klubun sahibi Roman Abramoviç və İdarə Heyəti 43 yaşlı mütəxəssislə vidalaşmaq qərarına gəlib.


"Zadəganlar" yeni baş məşqçi təyinat olunanadək hər hansı bir şərh verilməyəcəyini bildirib.


Qeyd edək ki, Frenk Lempard 2019-cu ilin yayında "Çelsi”nin baş məşqçisi təyin edilib. Komanda hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb. Lempardı PSJ-nin sabiq baş məşqçisi Tomas Tuxelin əvəzləyəcəyi gözlənilir.

Çox oxunanlar