Bakı 9 ℃
Xəzər Xəbər
USD 1.7

"Fənərbağça" səfər matçında xal itirib

İdman | 217 | 09:03 • 22 Yanvar 2021
"Fənərbağça" səfər matçında xal itirib

Yanvarın 21-də futbol üzrə Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada "Fənərbağça" səfərdə "Sivasspor"un qonağı olub.


Xezerxeber.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib.


Günün digər matçında isə "Ankaragücü" doğma meydanda "Kasımpaşa"nı minimal hesabla üstələyib.


Hazırda Türkiyə Superliqasına 41 xalla "Beşiktaş" başçılıq edir. "Fənərbağça" 39 xalla ikinci, "Qalatasaray" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.


Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XX turda "Antalyaspor" istirahət edib.

Çox oxunanlar