Bakı 7 ℃
Xəzər Xəbər
USD 1.7

“İnter” klubu “Yuventus”u məğlub edib

İdman | 188 | 09:19 • 18 Yanvar 2021
“İnter” klubu “Yuventus”u məğlub edib

Yanvarın 17-də futbol üzrə İtaliya A Seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Cuzeppe Meaza” stadionunda baş tutan görüşdə "İnter” əzəli rəqibi "Yuventus” komandasını qəbul edib.


Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 12-ci dəqiqədə açılıb. Nikoli Barellanın ötürməsini Arturo Vidal dəqiq zərbə ilə tamamlayıb.


Fasilədən sonra "İnter” rəqibin qapısına ikinci dəfə yol tapıb. Oyunun ən yaxşılarından sayılan Nikola Barella rəqibi əks hücumda yaxaladığı epizodda qapıçı ilə təkbətək qalıb. İtaliya millisinin futbolçusu fürsəti əldən verməyib. Qalan dəqiqələrdə qonaqların cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.


Bu qələbədən sonra xal sayını 40-a çatdıran "İnter” turnir cədvəlində ikinci yerdə, "Yuventus” isə 33 xalla beşinci yerdə qərarlaşıb.


Turnir cədvəlinin lideri "Milan” yanvarın 18-də səfərdə "Kalyari” komandasının qonağı olacaq.


Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:


"Atalanta” - "Genoa” - 0:0;


"Sassuolo” - "Parma” - 1:1;


"Krotone” - "Benevento” - 4:1;


"Napoli” - "Fiorentina” - 6:0;


"Sampdoriya” - "Udineze” - 2:1;


"Torino” - "Spezia” - 0:0;


"Bolonya” - "Verona” - 1:0;


"Latsio” - "Roma” - 3:0.

Çox oxunanlar