Bakı 0 ℃
Xəzər Xəbər
USD 1.7

"Tottenhem" Beyllə müqaviləni uzadır? - Mourinyo danışdı

İdman | 150 | 17:09, 16 Yanvar
"Tottenhem" Beyllə müqaviləni uzadır? - Mourinyo danışdı

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandada icarə əsasında çıxış edən Qaret Beyllə yeni müqavilə imzalanacağı haqda yayılan xəbərlərə münasibət bildirib.


XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis bu məsələ ilə bağlı hələlik heç bir danışıq aparılmadığını deyib:


"Bu barədə 1 saniyə belə danışmamışıq. Beyl mövsümün sonunadək icarəyə götürülüb. Başqa müzakirələrə vaxt ayırmamışıq".


Qeyd edək ki, müqavilə ilə "Real"a məxsus olan uelsli oyunçu ötən ilin sentyabr ayında London klubuna keçib.

Çox oxunanlar