Xəzər Xəbər

Özil “Arsenal”la anlaşdı – müqaviləyə xitam verilir

İdman | 18:09 • 16 Yanvar 2021
Özil “Arsenal”la anlaşdı – müqaviləyə xitam verilir

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil və İngiltərənin "Arsenal” klubu müqaviləyə xitam verilməsi barədə prinsipial anlaşma əldə edib.


Danışıqlarda gözlənilməz problem yaranmasa, 32 yaşlı türk yarımmüdafiəçi yaxın günlərdə "Fənərbaxça” ilə müqavilə imzalayacaq.


Özil Türkiyəyə yollanaraq keçidini rəsmiləşdirəcək. O, İstanbul klubuna azad agent kimi keçəcək.


Qeyd edək ki, Məsut cari mövsüm "Arsenal”ın iştirak ərizəsinə daxil olunmayıb./Apasport.az

Xəbər lenti