Bakı 1 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

İdman | 185 | 17:31 • 15 Yanvar 2021
Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.


XəzərXəbər Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir oyundan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək.


"Qaradağ Lökbatan” – "Zirə” qarşılaşması Peşəkar Futbol Liqasının yutub kanalı, digər oyunlar isə "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


24 yanvar (bazar)


15:00. "Səbail” – "Zaqatala”

"ASCO Arena”


25 yanvar (bazar ertəsi)


14:00. "Turan Tovuz” – "Qəbələ”

Tovuz şəhər stadionu


16:00. Qaradağ Lökbatan” – "Zirə”

"Dalğa Arena”


17:00. "Sabah” – "Kəpəz”

"Bank Respublika Arena”.

Çox oxunanlar