Xəzər Xəbər

"Ayaks" 22,5 milyon avroya hücumçu aldı

İdman | 17:42 • 8 Yanvar 2021
"Ayaks" 22,5 milyon avroya hücumçu aldı

Niderlandın "Ayaks” klubu yeni transferini açıqlayıb.


 

Amsterdam təmsilçisi İngiltərənin "Vest Hem” klubundan Sebastian Halleri transfer edib. "Ayaks” bu keçid üçün 22,5 milyon avro təzminat ödəyib. 26 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb.


 

"Vest Hem" fransalı futbolçunu 2019-cu ildə "Ayntraxt"dan 50 milyon avroya transfer etmişdi.

Xəbər lenti