"Milan" və "Ayntraxt" klubları futbolçuları - Andre Silva ilə Ante Rebiçi dəyişiblər.
"Milan" iki il öncə icarəyə götürdüyü futbolçunu 25 milyon avroya transfer edib. 26 yaşlı xorvatiyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Andre Silva iki il icarə əsasında oynadığı "Ayntraxt"la 3 illik müqavilə bağlayıb. 24 yaşlı portuqaliyalı forvardın transferi Frankfurt klubuna 25 milyon avroya başa gəlib.