Xəzər Xəbər

Ronaldo kuryoz hadisə nəticəsində zədələnib

İdman | 17:47 • 5 Sentyabr 2020
Ronaldo kuryoz hadisə nəticəsində zədələnib

İtaliya "Yuventus"unun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo kuryoz hadisə ilə üzləşib.


35 yaşlı hücumçunun barmağını arı sancıb.


Bu barədə yığmanın baş məşqçisi Fernandu Santuş məlumat verib. O bildirib ki, forvardın müalicəsi davam etdiyi üçün bu gün UEFA Millətlər Liqasında Xorvatiya ilə oyunu buraxacaq.


Qeyd edək ki, A Liqasının III qrupunda olacaq Portuqaliya - Xorvatiya oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Xəbər lenti