Xəzər Xəbər

Ansu Fatinin atasından "Mançester Yunayted" açıqlaması

İdman | 17:57 • 28 İyun 2020
Ansu Fatinin atasından "Mançester Yunayted" açıqlaması

"Barselona"nın futbolçusu Ansu Fatinin atası Bori Fati oğlunun "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, 17 yaşlı yarımmüdafiəçinin katalonlarda xoşbəxt olduğunu deyib:

"Fatinin "Barselona"da olmasına görə xoşbəxtik. Oğlum fürsətlərini yaxşı dəyərləndirməlidir, çünki hazırda dünyanın ən yaxşı futbolçusu Lionel Messi ilə birgə oynayır. "Mançester Yunayted"lə bağlı yayılan xəbərlər doğru deyil. Ansu burada xoşbəxtdir və arzularını reallaşdırmaq üçün çalışır. O, hər oyuna start heyətdə başlamaq məcburiyyətində deyil. Yanında Antuan Qrizmann və Luis Suares kimi təcrübəli futbolçular var. Fatinin qarşıda böyük zamanı var".

Xəbər lenti