Xəzər Xəbər

“Beşiktaş” Azərbaycan yığmasının futbolçusunu istəyir

İdman | 09:19 • 8 İyun 2020
“Beşiktaş” Azərbaycan yığmasının futbolçusunu istəyir

"Sabah”ın yarımmüdafiəçisi Ozan Can Kökçü karyerasını yenidən Türkiyədə davam etdirə bilər.


Türkiyənin iki Super Liqa təmsilçisi gənc futbolçunun xidmətində maraqlıdır.


Bunlar "Beşiktaş” və "Kasımpaşa”dır. Növbəti mövsümün heyətini indidən formalaşdırmağa çalışan "Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın, xüsusən də, ölkədən kənarda yetişən türkiyəli futbolçularla gələcəyin heyətini qurmağı planlaşdırır. "Feyenoord”da çıxış edən Orkun Kökçüdən əlini üzən İstanbul nəhəngi onun Azərbaycan millisindəki qardaşı Ozan Cana göz dikib.

"Kasımpaşa”nın da diqqət mərkəzində olan 22 yaşlı hücumameyilli oyunçunun "Beşiktaş”a keçmək ehtimalı daha yüksək dəyərləndirilir. Yeganə problem Ozanın "Sabah”la müqavilə müddətinin gələn ilin yayına qədər olmasıdır. Türkiyə klubu tezliklə "Sabah” rəhbərliyi ilə təmasa keçəcək və bu məsələni yoluna qoymağa çalışacaq.

Qeyd edək ki, Ozan Can Kökçü "Sabah”a ötən ilin yayında "Giresunspor”dan keçib.

Xəbər lenti