Xəzər Xəbər

“Barselona”nın zədəli futbolçusundan xəbər var

İdman | 19:35 • 7 İyun 2020
“Barselona”nın zədəli futbolçusundan xəbər var

"Barselona”nın zədəli futbolçusu Luis Suares sağalıb.

Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Klubun həkimləri keçirdiyi əməliyyatdan 147 gün sonra uruqvaylı futbolçuya yaşıl meydanlara qayıtmağa icazə verib.

Suares La Liqada iyunun 13-də keçiriləcək "Malyorka” ilə oyunda iştirak edə biləcək.

Xəbər lenti