Dekabrın 22-də İngiltərə Premyer Liqasının 18-ci turunun növbəti mərkəzi qarşılaşması keçirilib.
Xezerxeber.az xəbər verir ki, Premyer Liqanın iki iddialı klubları "Tottemhem” öz meydanında "Çelsi” komandasını qəbul edib.
"Tottenhem Hotspur” stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Londonluların heyətində hər iki qolu braziliyalı Vilyam vurub.
Bu qələbədən sonra xal ehtiyatını 32-ə çatdıran "Çelsi” turnir cədvəlində dördüncü yerin qoruyub saxlayıb. "Tottenhem” isə 26 xalla 7-ci yerdə qərarlaşıb.