Xəzər Xəbər

"Arsenal"da Arteta dönəmi başlayır

İdman | 13:07 • 20 Dekabr 2019
"Arsenal"da Arteta dönəmi başlayır

"Arsenal"ın yeni baş məşqçisi müəyyənləşib.

"BBC Sports" xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi Mikel Arteta London klubunu çalışdıracaq. "Topçular" ispaniyalı çalışdırıcını cümə günü təqdim edəcək.

37 yaşlı mütəxəssis bu postda Unay Emerini əvəz edib.

Arteta 2011-2016-cı illərdə "Arsenal"da oynayıb və karyerasını bu klubda başa vurub.

Xəbər lenti