"Qalatasaray” və "Fənərbaxça” arasında derbi Cüneyt Çakıra tapşırılıb.
O, sentyabrın 28-də baş tutacaq matçda baş hakim olacaq. "Türk Telekom Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, 5 turdan sonra "Fənərbaxça” 10 xalla turnir cədvəlində ikinci yerdədir. Ondan 2 xal geri qalan "Qalatasaray” isə 7-ci pillədə qərarlaşıb.