Xəzər Xəbər

Falkaonun müqaviləsinin detalları açıqlandı Fantastik məbləğ

İdman | 17:55 • 5 Sentyabr 2019
Falkaonun müqaviləsinin detalları açıqlandı

"Qalatasaray"ın "Mokano"dan transfer etdiyi Radamel Falkaonun müqaviləsinin detalları açıqlanıb.


İllik müqaviləyə imza atan kolumbiyalı ulduz ildə 5 milyon avro maaş alacaq. Bunun 2 milyonu nağd ödəniləcək, 3 milyonu isə 10 hissə şəkilində.


Falkao komanda Super Liqanın qalibi olsa 200, Avropa Liqasını qazansa 700, Çempionlar Liqasında 1/8 finala çıxsa 200, 1/4 finala vəsiqə qazansa 300, yarımfinal oynasa 400 min, turnirin qalibi olsa 4 milyon avro mükafat alacaq.


Kolumbiyalı ulduz hər mövsüm 5 matçda start heyətində yer alsa 500, 10 oyunda ilk dəqiqələrdən oynasa yenə 500, 14 görüşdə start heyətinə düşsə 600 min avro mükafat qazanacaq. Üumumilikdə, 29 matça çıxacağı halda 1,6 milyon avro qazanacaq.


Falkaoya avrokuboklarda qazanılan hər qələbəyə görə 35, Super Liqada 20, Türkiyə Kubokunda 8 min avro veriləcək.


"Qalatasaray" kolumbiyalı ulduzun maaşını 2 ay gecikdirsə, futbolçunun müqaviləsini birtərəfli qaydada pozmaq hüququ var.


Fanat.Az

Xəbər lenti