Xəzər Xəbər

Hazard 7 kiloqram kökəldi - Peres narazıdır

İdman | 16:25 • 30 İyul 2019
Hazard 7 kiloqram kökəldi - Peres narazıdır

Futbolçusu Qaret Beyli sata bilməyən, "Atletiko"ya 3:7 uduzan "Real" növbəti problemlə üzləşib.

Madrid təmsilçisinin yeni transferi Eden Hazard klubun bazasına artıq çəki ilə qayıdıb. Onun 7 kiloqram kökəldiyi bildirilir.

"Real"ın prezidenti Florentino Peres belçikalı yarımmüdafiəçidən tez bir zamanda artıq çəkilərdən qurtulmağı tələb edib.

Qeyd edək ki, iyunda "Çelsi"dən "Real"a transfer olunan Hazard yeni klubu ilə 5 illik müqavilə imzalayıb./qol.az

Xəbər lenti

Çox oxunanlar