"Real" "Çelsi"dən transfer etdiyi Eden Azara qadağa qoyub.
Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu" 28 yaşlı yarımmüdafiəçinin təqdimat mərasiminə qədər jurnalistlərlə ünsiyyətdə olmağını istəmir.
Məsələ ilə bağlı Belçika Futbol Federasiyasına müraciət edən ispanlar Avro-2020-nin Şotlandiya ilə oyunuöncəsi və sonrası Azarın KİV-ə hər hansı mövzuda müsahibə, açıqlama verməməsini xahiş edib.